NATO baş katibinin müavini İlham Əliyevlə görüşüb
Söhbət zamanı Azərbaycan hərbçilərinin Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi dəstək yüksək dəyərləndirildi, Əfqanıstana daşımalar sahəsində Azərbaycanın rolu xüsusi vurğulandı, ölkəmizin Əfqanıstandakı missiyalara nəqliyyat, logistik dəstəyindən danışıldı və eləcə də Azərbaycanın Əfqanıstan hökumətinə müxtəlif sahələrdə göstərdiyi yardımların əhəmiyyəti qeyd olundu və Azərbaycanın göstərdiyi bütün bu səylərə görə minnətdarlıq ifadə edildi.
Görüşdə, həmçinin ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirildi. Dövlətimizin başçısı NATO-nun baş katibi Yens Stoltenberqin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını NATO-nun baş katibinə çatdırmağı xahiş etdi.
AzVision.az
Teqlər: Prezident İlham-Əliyev