"Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik" - ABŞ-ın hərbi attaşesi

"Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik" - ABŞ-ın hərbi attaşesi
  20 Sentyabr 2018    Oxunub:1648
Bakıda Amerika Birləşmiş Ştatlarının Hava Qüvvələrinin yaradılmasının 71-ci ildönümü qeyd olunub.
ABŞ-ın Azərbaycandakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, səfirliyin hərbi attaşesi polkovnik Adam Kavlik bununla bağlı təşkil olunan ziyafətdə Azərbaycan Hava Qüvvələrinin təmsilçiləri də daxil olmaqla gələn qonaqları salamlayaraq ABŞ-Azərbaycan hərbi əməkdaşlığı barədə cıxış edib:

"Azərbaycanla Əfqanıstanda keçirdiyimiz fəaliyyət, qlobal terroçuluğa qarşı mübarizə və regional təhlükəsizliyin təminatı kimi sahələrdə mühüm əməkdaşlığımızı davam etdirmək niyyətindəyik".

AzVision.az


Teqlər: ABŞ   Səfirlik   Attaşe  





Xəbər lenti