Heyvan satışı bazarları dezinfeksiya olunub

  21 Sentyabr 2018    Oxunub : 586
Heyvan satışı bazarları dezinfeksiya olunub
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən İsmayıllı və Göyçay rayonlarında yerləşən diri heyvanların satışı aparılan bazarlarda dezinfeksiya tədbiri həyata keçirilib.
DBX-dən AzVision.az-a verilən məlumata görə, dezinfeksiya aparılan zaman yerin mexaniki təmizliyinə fikir verilib. Obyekt sahibləri tərəfindən diri heyvan satışı aparılan bazarlarda mexaniki təmizlik aparıldıqdan sonra profilaktik dezinfeksiya işləri həyata keçirilib.

İsmayıllıGöyçay rayonlarının diri heyvan bazarlarında profilaktik dezinfeksiya “Almerdehyde” “Ektosan” və 5 faizli kaustik soda məhlulları ilə aparılıb. Dezinfeksiya məhlulları əraziyə DUK maşınları ilə güclü axın şəkilində və avtomatik səyyar çiləyiçilərlə səpilib.

Obyektlər dezinfeksiyadan sonra təsərrüfat sahiblərinin istifadəsinə verilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, bundan sonra da diri heyvanların satışı aparılan bazarlarda, heyvan saxlanılan və bəslənilən təsərrüfatlarda tədbirlər ardıcıl şəkildə həyata keçiriləcək.

AzVision.az

Teqlər: DBX