Oyun zallarından oğurluq edən 4 nəfər tutulub

Oyun zallarından oğurluq edən 4 nəfər tutulub
  21 Sentyabr 2018    Oxunub:2221
Paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Səbail rayonunun Xanlar küçəsindəki oyun zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Kəngərli rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər: Oğurluq   DİN  





Xəbər lenti