ABŞ dövlət katibi: “Qarabağ danışıqları bərpa edilməlidir” - (VİDEO)

ABŞ dövlət katibi: “Qarabağ danışıqları bərpa edilməlidir” - (VİDEO)
  21 Sentyabr 2018    Oxunub:2558
ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində axtarışların davam etdirilməsinə sadiqdir.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo Ermənistanın müstəqillik günü münasibətilə təbrik mesajında deyib.
“ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir və münaqişə tərəflərinə mümkün qədər tez bir zamanda intensiv danışıqları bərpa etməyə təkidlə çağırış edir”, – deyə Pompeo bildirib.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Pompeo   Qarabağ  





Xəbər lenti