Prezident ailəsi ilə dünya çempionatının açılışında
AzVision.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak edirlər.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış etdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi.
Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirildi.
Daha sonra qrafik video elementlərdən ibarət videoçarx nümayiş etdirildi. Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olundu. Açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatdı.
Sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır. Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Dünya-Çempionatı