Aşurada yığılan qanların müayinəsi başlayıb

  21 Sentyabr 2018    Oxunub : 1202
Aşurada yığılan qanların müayinəsi başlayıb
Aşura günü ölkə üzrə 5539 nəfər qan verib. Bu şəxslərdən 2492,6 litr qan tədarük olunub.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva AzVision.az-a açıqlamasında bildirib ki, qanlar regionlardakı banklara və Mərkəzi Qan Bankına gətirilib.

“Artıq həmin qanların müayinəsinə başlanılıb. Azacıq şübhəli qan olsarsa, istifadəyə buraxılmır. Qanlar yoxlanıldıqdan sonra ehtiyacı olan insanlara vurulacaq”.

Qeyd eədk ki, könüllü qanvermə aksiyaları Məhərrəmlik ayı boyunca davam edəcək.

Aytən Zəhra
AzVision.az

Teqlər: Aşura   Qanvermə   Aksiya