Payızın gəlişinə sayılı saatlar qaldı

Payızın gəlişinə sayılı saatlar qaldı
  22 Sentyabr 2018    Oxunub:2187
Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də saat 05:54:06-da daxil olacaq.
AzVision.az xəbər verir ki, payız fəsli daxil olduğu anda gecə-gündüz bərabərliyi baş verir. Buna adətən payız bərabərliyi də deyirlər. Bu halda Günəş öz orbiti üzrə hərəkət edərək böyük ekvatoru kəsir və şimal yarım kürəsindən cənub yarımkürəsinə keçir. Beləliklə , şimal yarım kürəsi üçün payız, qış fəsli, cənub yarım kürəsi üçün yaz, yay mövsümü başlayır.

Qeyd edək ki, Azərbaycanda qış fəsli dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) daxil olacaq.

AzVision.az


Teqlər: Payız   Fəsil   Azərbaycan  





Xəbər lenti