İrandakı terrorda ölənlərin sayı 28-ə çatıb - Yenilənib

İrandakı terrorda ölənlərin sayı 28-ə çatıb - Yenilənib
  23 Sentyabr 2018    Oxunub:13567
İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb.
AzVision.az xəbər verir ki, bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 60 nəfər yaralanıb.

Qeyd olunub ki, hücum edən şəxslərdən 3-ü hadisə yerində məhv edilib, digərləri isə xəstəxanada ölüb.

***
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslərin hərbçilərə atəş açması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

AzVision.az xəbər verir ki, bu barədə İranın "IRNA" dövlət agentliyi məlumat yayıb.

Həlak olanlardan 12-si İran İnqilabı Keşiçkiləri Korpusunun hərbçiləridir. Terrorçulardan 3-ü zərərsizləşdirilib, biri isə ələ keçirilib.

Hücumun məsuliyyətini “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb. Terror aktı nəticəsində 60-dan çox insan yaralanıb. Yaralananlar arasında uşaqlar və qadınlar da var.

***
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslərin hərbçilərə atəş açması nəticəsində ölənlərin sayı 11-ə çatıb. AzVision.az xəbər verir ki, bu bardə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Xuzestan əyaləti qubernatorunun siyasi məsələlər üzrə müavini Əli Hüseyn Hüseynzadə bildirib ki, terror aktında azı 20 nəfər yaralanıb. Ölənlərdən biri jurnalistdir. Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna edilmir.

****
İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı naməlum şəxslər hərbçilərə atəş açıblar.

AzVision.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, silahlı insident nəticəsində 8 nəfər ölüb, 20-si yaralanıb.

Terror aktı İranda fəaliyyət göstərən "Təkfiri" qruplaşmasının üzvləri tərəfindən törədilib. Terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.







Kənan Məmmədov
AzVision.az


Teqlər: İran   Terror  





Xəbər lenti