Soyğunçuluq edən keçmiş məhkumlar tutulub

Soyğunçuluq edən keçmiş məhkumlar tutulub
  22 Sentyabr 2018    Oxunub:2007
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, sentyabrın 19-da nazirliyin “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.

Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.

Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib. Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: DİN   Soyğunçuluq  





Xəbər lenti