Siyasi ət #4: Altı quyruqlu ilan – VİDEO

  22 Sentyabr 2018    Oxunub : 10435
Siyasi ət #4: Altı quyruqlu ilan – VİDEO
Siyasət böyük işdir; amma kiçik adamlar bu işə girişəndə ortaya siyasət yox, siyasi ət çıxır. Bu gün həmin kiçik, türkiyəlilərin təbirincə desək, küçük adamlar virtual sallaqxanalardan özlərinin siyasi ətlərini camaata sırımağa çalışırlar.
Belələrilə nə etmək lazımdır? Əlbəttə ki, baltalamaq! Kirpi.info-nun yeni layihəsi də buna xidmət edəcək. “Siyasi ət” adlanan animasiya-xəbər proqramında siyasi ətlər məntiq kötüyünün üstünə uzadılaraq, tənqid baltası ilə şaqqalanacaqlar.



Makiavelli siyasətçiləri tülküyə bənzədirdi, amma müşahidələr göstərir ki, bəziləri ilana daha çox oxşayırlar. Məsələn, götürək AXCP-nın sədri Əli Kərimlini. Onun ilanla bənzərliyi çoxdur. Arada fısıldayır, zəhərini tökür, üstəlik, bunları pul qazanmaq üçün edir, quyruqlarının isə hərəsi bir deşikdən çıxır.

Burada İlanın başından çox, quyruqları maraqlıdır. Əli Kərimlinin quyruğu üç əsas istiqamətdə ayrılır, onların da hərəsi iki əsas yerə haçalanırlar. Yəni dəbdə olan terminlə desək, onu quyruğu diversifikasiya olunub, yaxud, şaxələniblər.

Quyruğun bir ucu gedib Amerikaya çıxır. Orada haçalanıb, iki danışan baş əmələ gətirir – Səid Nuri və Namiq Feyziyev. Hər ikisi zəhərlidir.
Quyruğun digər ucu Avropada qıvrılır. Orada da iki əsas baş var: Qənimət Zahid və Natiq Adilov. Onlar da zəhərlidirlər.
İlanın quyruğunun üçüncü ucu isə Azərbaycanda tərpənir. Özü də çox qəribədir ki, quyruğun ölkədə olan hissəsi artıq dişi ilanlar əmələ gətirib. Bunlar Xədicə İsmayıl və Gültəkin Hacıbəylidirlər.

Əlbəttə ki, bunların hamısı zəhərlidir. Amma bu zəhər öldürməyə gücü çatmayan zəhərdir. Sadəcə, bu quyruq-başların sancdığı yer bərk qaşınır. Bir də bərkdən fısıldayaraq, özlərinə diqqət çəkirlər. Başqa heç bir ciddi təhlükələri yoxdur.

Bunların altısı da özlərinin guya müstəqil ilanlar olduqlarını göstərməyə çalışırlar. Arada fısıltıları bir az fərqlənir. Əslində isə gizli əlaqələrini araşdıranda bəlli olur ki, elə deyil, hamısı bir bədənin hissələridirlər. Həmin bədənin başı isə Əli Kərimlidir.

Bu siyasi ilanın da əsas məqsədi bütün başqa orqanizmlər kimi, qidalanmaqdır. Onun qəribə qidalanma sistemi var. Adətən qida Əli Kərimlinin başından girib, bağırsaqlarından keçərək, quyruqlara çatır. Amma burada altı quyruqdan biri – Xədicə İsmayıl da vacib rol oynayır. Bu quyruq başı qida olan tərəfə yönəldə bilir.

Deyirlər ki, “İlan ulduz görməsə ölməz”. Bu, mutasiya eləmiş ilandır, ulduzdan qorxusu yoxdur. Üstəlik fısıldayanda “demokratiya” deməyi də bacarır. Amma nə deməyindən asılı olmayaraq, yaxşı bir məsəlimiz var: İlanın ağına da lənət, qarasına da!

Teqlər: Siyasi-ət   Əli-Kərimli   Xədicə-İsmayıl   Gültəkin-Hacıbəyli   Qənimət-Zahid