Deputat AŞPA-nın tədbirində iştirak edəcək

Deputat AŞPA-nın tədbirində iştirak edəcək
  22 Sentyabr 2018    Oxunub:2456
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.
Milli Məclisin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Tbilisidə keçiriləcək AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında qeyd olunan sahələrə aid bir sıra aktual məsələlər müzakirə olunacaq.

Rafael Hüseynov müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.

Səfər sentyabrın 26-da başa çatacaq.

AzVision.az


Teqlər: AŞPA   Milli-Məclis  





Xəbər lenti