Türkiyədə məktəbli avtobusu aşıb – 2 ölü, 17 yaralı

  22 Sentyabr 2018    Oxunub : 2693
Türkiyədə məktəbli avtobusu aşıb – 2 ölü, 17 yaralı
Türkiyənin şimal-qərbindəki Kocaeli əyalətində məktəbliləri aparan avtobus qəzaya uğrayıb. Nəticədə 2 nəfər ölüb, 17 nəfər yaralanıb.
AzVision.az “Haberturk”ə istinadən xəbər verir ki, avtobus məktəbliləri Ağsaraydan İstanbula aviaşouya baxmağa apararkən nəqliyyatın hərəkət zolağından çıxıb və aşıb.

Qəza nəticəsində ölən 2 nəfərdən biri müəllim, digəri isə məktəblidir. Yaralanan 17 nəfər dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda insidentlə bağlı cinayət işi açılıb, araşdırma gedir. İlkin ehtimala görə, qəzaya avtobusun ön təkərinin partlaması səbəb olub.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Türkiyə   Avtobus