Arxeoloji abidəyə qanunsuz müdaxilə edilib - FOTO

Arxeoloji abidəyə qanunsuz müdaxilə edilib - FOTO
  22 Sentyabr 2018    Oxunub:2565
Sentyabrın 22-də Yardımlı rayonu Arvana kəndi ərazisində Sərək yaşayış yerində mövcud olan arxeoloji abidənin ərazisində qazıntı işlərinin aparıldığı aşkarlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən AzVision.az-a verilən məlumata görə, naməlum şəxslər tərəfindən XII-XVI əsrlərə aid, ölkə əhəmiyyətli, inventar nömrəsi 1213 olan arxeoloji abidəyə qanunsuz müdaxilə olunması ilə bağlı yerli hüquq-mühafizə orqanlarına məlumat verilib. Müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, tarixi abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən qorunur.





AzVision.az


Teqlər: Yardımlı  





Xəbər lenti