Əbülfəs Qarayev Kibovski ilə görüşüb

Əbülfəs Qarayev Kibovski ilə görüşüb
  23 Sentyabr 2018    Oxunub:2245
Mədəniyyət naziri Əbülfəs Qarayev Rusiyaya rəsmi səfəri çərçivəsində Moskva Hökümətinin naziri, Moskva Şəhər Mədəniyyət Departamentinin başçısı Aleksandr Kibovski ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən AzVision.az-a məlumata əsasən, görüş çərçivəsində Azərbaycan və Rusiya arasında mədəniyyət sahəsində ikiillik tədbirlər planının hazırlanması və bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı təhsil müəssisələri arasında kadrlar mübadiləsinin həyata keçirilməsi, rejissorların müştərək qastrol səfərlərinin təşkil olunması, o cümlədən, kitabxana sahəsində Moskvada tətbiq olunan ən son texnologiyaların Bakıda da tətbiq olunması ilə bağlı imkanlarına baxılması, beynəlxalq festivallarda müştərək iştirak, Azərbaycan bəstəkarlarının əsərlərinin Moskva teatr repertuarlarına əlavə edilməsi, müştərək tamaşaların qoyulmasının və Moskvanın hər hansı bir teatrında bir həftəlik “virtual pəncərənin” təşkil olunması, qarşılıqlı sərgilərin keçirilməsi, arxeologiya sahəsində birgə fəaliyyətin genişləndirilməsi məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli Səfiri Polad Bülbüloğlu iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti