Azərbaycanın “Tufan”ı “ADEX-2018”də göstəriləcək

  24 Sentyabr 2018    Oxunub : 1701
Azərbaycanın “Tufan”ı “ADEX-2018”də göstəriləcək
Bakıda keçiriləcək "ADEX-2018" müdafiə sərgisində Azərbaycan istehsalı olan "Tufan" zirehli maşını nümayiş etdiriləcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev deyib.
Nazir müavini bildirib ki, hazırda maşının istehsalı ilə bağlı son tamamlanma işləri aparılır: "Maşının artıq nümunəsi hazırdır və sərgidə nümayiş olunacaq. Son sınaqlar başa çatandan sonra istehsalına başlanılacaq".

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Tufan   Sərgi