Uqandalı nazir “ASAN xidmət”də - FOTOLAR

Uqandalı nazir “ASAN xidmət”də - FOTOLAR
  24 Sentyabr 2018    Oxunub:2044
22-23 sentyabr 2018-ci il tarixlərində Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri ilə tanış olub.
“ASAN xidmət”dən AzVision.az-a verilən xəbərə görə, qonaqlara "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.



Bu günədək 24 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.



Nümayəndə heyəti Səyyar ASAN xidmət avtobusu və “ABAD” mərkəzi ilə də tanış olub. Qonaqlara Dövlət Agentliyinin struktur bölmələri tərəfindən təqdimatlar edilib, həmçinin Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun nümayəndələri ilə görüş keçirilib.



Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıblar. 20-23 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəvəti ilə Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olub.





AzVision.az


Teqlər: ASAN-xidmət   Uqanda  





Xəbər lenti