“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb -FOTOLAR+VİDEO

“Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb -FOTOLAR+VİDEO
  24 Sentyabr 2018    Oxunub:2657
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlar başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılmasıdır.



Nəticələrin dəqiq hesablanıb qiymətləndirilməsi məqsədilə yaradılan komissiya yarışlara cəlb olunan heyətlərin taktiki və fiziki hazırlığı, atış və sürücülük bacarığı üzrə məqbulları qəbul edəcək. Sonda ümumi nəticələr hesablanaraq “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışın qalibləri mükafatlandırılacaq.














AzVision.az


Teqlər: MN   Tank  





Xəbər lenti