Maşında siqaret çəkmək qadağan olunsun! - Təklif

Maşında siqaret çəkmək qadağan olunsun! - Təklif
  24 Sentyabr 2018    Oxunub:4809
Azərbaycanda avtomobillərdə siqaret çəkilməsinin qadağan olunması təklif edilib.
AzVision.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Əlizadə çıxış edib.

Deputat bildirib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: "Sürücü siqaret çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman onun diqqəti yoldan yayınır".

A.Əlizadə qeyd edib ki, bu səbəbdən avtomobillərdə siqaret çəkilməsini qadağan etmək lazımdır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Siqaret   MM   Avtomobil  





Xəbər lenti