Gələn ilin büdcə layihəsi prezidentə təqdim olunacaq

Gələn ilin büdcə layihəsi prezidentə təqdim olunacaq
  24 Sentyabr 2018    Oxunub:2205
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabinetinin iclası keçirilib.
AzVision.az-ın məlumatına görə, Baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2019-cu il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Geniş müzakirələrdən sonra qərara alınıb ki, təqdim olunan büdcə layihələri bəyənilsin və “Büdcə sistemi haqqında” qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Prezidentə təqdim edilsin.

AzVision.az


Teqlər: Büdcə   Prezident  





Xəbər lenti