İsmayıllıda külli miqdarda narkotik aşkar edilib

İsmayıllıda külli miqdarda narkotik aşkar edilib
  25 Sentyabr 2018    Oxunub:1108
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzVision.az-a verilən məlumata görə, sentyabrın 23-də İsmayıllı RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Anar Zeynalov saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun rayonun Keşqurt kəndində yaşadığı evə də baxış keçirilib. Oradan çəkisi 4 kq 240 qr olan qurudulmuş marixuana, 4 ədəd narkotik tərkibli çətənə bitkiləri və 12 ədəd ümumi təmiz çəkisi 3 kq 430 qr olan eyniadlı bitkinin hissələri aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, istintaq davam etdirilir.

AzVision.az


Teqlər: DİN   İsmayıllı  





Xəbər lenti