Azərbaycanın silahları bəzi ölkələrdə silahlanmaya daxil edilib

  25 Sentyabr 2018    Oxunub : 1026
Azərbaycanın silahları bəzi ölkələrdə silahlanmaya daxil edilib
"Bu il 100 illik yubileyini təntənəli şəkildə qeyd edən Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu arasındadır".

AzVision.az xəbər verir ki, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycanda müdafiə sənayesinin yaradılması ölkəmizin müdafiə qüdrətinin artırılmasına öz töhfəsini verib: "Azərbaycanın hərbi qüdrəti durmadan artır. Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilib. Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi parad bunun əyani sübutudur".

Y.Musayev deyib ki, nazirliyin istehsal etdiyi silahlar Azərbaycan ordusu ilə yanaşı bir sıra xarici ölkələrin ordularının silahlanmasına daxil edilib.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MSN   Silah