“İlk işimiz rüşvətin qarşısını almaqdır” - DGK-nın sədr müavini

“İlk işimiz rüşvətin qarşısını almaqdır” - DGK-nın sədr müavini
  25 Sentyabr 2018    Oxunub:3396
"Gömrük orqanlarında islahatlar davam edir. Məqsəd çevik idarəetmə sisteminin yaradılmasıdır"
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin KİV nümayəndələri üçün nəzərdə tutulan "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlimində çıxışı zamanı Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev deyib.

Sədr müavini bildirib ki, islahatlar beynəlxalq standartlara əsasən həyata keçirilir və 3 istiqamətdə aparılır: "İslahatlar nəticəsində kəmiyyət dəyişikliyi olub, amma tam keyfiyyət dəyişikliyi olmayıb".

İ.Babayev, həmçinin qeyd edib ki, 2016-cı ildə elektron ticarətdən dövlət büdcəsinə gələn gəlir 18 min manat idisə, 2018-ci ildə bu rəqəm 400 min manat olub.

"İlk işimiz korrupsiya və rüşvətxorluğun qarşısını almaqdır. Bu istiqamətdə işlər uğurla aparılır", - deyə DGK sədrinin müavini vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti