"Tufan" nümayiş etdirildi - FOTO

"Tufan" nümayiş etdirildi - FOTO
  25 Sentyabr 2018    Oxunub:5530
Azərbaycan hərbi sahədə istifadə üçün nəzərdə tutulan "Tufan" zirehli maşınını nümayiş etdirib.
AzVision.az-ın məlumatına görə, zirehli texnika Bakıda keçirilən "ADEX-2018" 3-cü Beynəlxalq Müdafiə Sərgisinə çıxarılıb.

Uzunluğu 7300 mm olan maşının eni 2440 mm, hündürlüyü isə 2820 mm-dir. Maşının təkər bazası 3820 mm-dir. Ümumi çəkisi 15 min kiloqram olan texnikanın məmulat yükü 12 min kiloqram, faydalı yükü isə 3 min kiloqramdır.
Zirehli maşın artıq yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.





Elvin Abdulqədirov
AzVision.az


Teqlər: ADEX-2018   Tufan  





Xəbər lenti