"Whatsapp"da insanları təşvişə salan məlumatlar yayılıb

"Whatsapp"da insanları təşvişə salan məlumatlar yayılıb
  25 Sentyabr 2018    Oxunub:3570
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara müraciət edib.
AzVision.az xəbər verir ki, müraciətdə deyilir:

"Whatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb. Faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Agentlik tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

Bildirilir ki, insanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcəkdir. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik".

AzVision.az


Teqlər: AQTA   Qida  





Xəbər lenti