Belarusla hərbi əməkdaşlıq müzakirə olunub

Belarusla hərbi əməkdaşlıq müzakirə olunub
  25 Sentyabr 2018    Oxunub:1598
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri cənab Roman Qolovçenko və Belarus Müdafiə nazirinin silahlanma üzrə müavini – Silahlı Qüvvələrin silahlanma rəisi general-mayor Sergey Simonenko ilə görüşüb.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, görüşdə tərəflər Azərbaycan ilə Belarus arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, müasir hərbi texnologiyaların tətbiqi imkanları, təcrübə mübadilələrinin keçirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

AzVision.az


Teqlər: MN   Zakir-Həsənov  





Xəbər lenti