Monqolustan prezidenti Bakıda dünya çempionatını izləyib

Monqolustan prezidenti Bakıda dünya çempionatını izləyib
  25 Sentyabr 2018    Oxunub:2254
Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.
AzVision.az xəbər verir ki, çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb.



Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda görüşdə gücünü sınayacaq. Qeyd edək ki, dünya çempionatında 250 ölkədən 800-dək cüdoçu birincilik uğrunda mübarizə aparır.

AzVision.az


Teqlər: Monqolustan   Cüdo  





Xəbər lenti