Zakir Həsənov pakistanlı generalla görüşüb

Zakir Həsənov pakistanlı generalla görüşüb
  25 Sentyabr 2018    Oxunub:1836
"ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin müavini general-leytenant Malik Zəfər İqbalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.

AzVision.az


Teqlər: Pakistan   Azərbaycan  





Xəbər lenti