Gömrükdə qaçaqmalçılıq mümkünsüz olacaq

Gömrükdə qaçaqmalçılıq mümkünsüz olacaq
  25 Sentyabr 2018    Oxunub:2064
Dövlət Gömrük Komitəsi "Body Scan" (B-Scan) yoxlama aparatı almağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bunu Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Gömrük Əməliyyatlarının Tənzimlənməsi İdarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

İdarə rəisi bildirib ki, avadanlığın maliyyə dəyəri 150-200 min avro dəyərindədir: "Bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında keçirmək istədikləri narkotik maddə və digər vasitələr gömrük ərazisində daha sürətlə aşkarlanacaq".

A.Məmmədov qeyd edib ki, avadanlıqların bu ilin sonunadək gətirilməsi nəzərdə tutulub və yeni avadanlıqlar əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdiriləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Gömrük  





Xəbər lenti