Müdafiə Nazirliyi yeni rabitə vasitələri ilə təchiz ediləcək

Müdafiə Nazirliyi yeni rabitə vasitələri ilə təchiz ediləcək
  25 Sentyabr 2018    Oxunub:2976
Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandum imzalanıb.
Bu barədə AzVision.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Sənədi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev imzalayıblar.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Memorandum  





Xəbər lenti