Nazirliklə “ASELSAN” arasında memorandum imzalanıb

Nazirliklə “ASELSAN” arasında memorandum imzalanıb
  26 Sentyabr 2018    Oxunub:1778
Sentyabrın 25-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Bakıda keçirilən “ADEX-2018” üçüncü Beynəlxalq müdafiə sərgisində iştirak edən Türkiyənin “ASELSAN” şirkətinin İdarə Heyətinin sədri-baş direktor Haluk Görgünün başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən AzVision.az-a verilən məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə dair geniş müzakirələr aparılıb.

Haluk Görgün “ADEX-2018” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirib.

Görüşdə Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında rabitə vasitələrinin birgə istehsalına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti