Məmmədyarov bu gün erməni nazirlə görüşəcək

Məmmədyarov bu gün erməni nazirlə görüşəcək
  26 Sentyabr 2018    Oxunub:1520
Bu gün Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə görüş keçiriləcək.
AzVision.az xəbər verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

AzVision.az


Teqlər: Məmmədyarov   Qarabağ  





Xəbər lenti