Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirilib

Səfər Mehdiyevin qəbul vaxtı dəyişdirilib
  26 Sentyabr 2018    Oxunub:1498
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən ay təxirə salınan qəbulu sentyabrın 28-nə keçirilib.
AzVision.az komiyətə istinadən xəbər verir ki,qəbul sentyabrın 28-də saat 11:00-da Cocuq Mərcanlı kəndində yerləşən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbul zamanı bölgədə yerləşən - Cocuq Mərcanlı kəndi (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzVision.az


Teqlər: DGK   Səfər-Mehdiyev  





Xəbər lenti