Axtarışda olan ata və oğlu polisə təslim olub

Axtarışda olan ata və oğlu polisə təslim olub
  26 Sentyabr 2018    Oxunub:1524
Bakıda axtarışda olan ata və oğlu polisə təslim olub.
DİN-dən AzVision.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti