Yeni “Vaşaq” snayperləri təqdim olundu

Yeni “Vaşaq” snayperləri təqdim olundu
  26 Sentyabr 2018    Oxunub:8246
Azərbaycan təkmilləşdirilmiş “Vaşaq” snayper tüfənglərinin istehsalına başlayıb.

AzVision.az xəbər verir ki, yeni “Vaşaq” snayperi “ADEX 2018” sərgisində nümayiş etdirilib. “Vaşaq” bikalibr snayper tüfəngidir. Yəni zərbə mexanzmini və lüləsini dəyişməklə ondan iki fərqli kalibrdə patronla – .338 Lapua Magnum və 308 Win (8.6×70) patronlardan atəş açmaq imkanı mövcuddur.
“Vaşaq” 400 metr məsafəyədək baş, 800 metr məsafədə isə bədənin qurşaqdan yuxarı hissəsini vurmaq qabiliyyətinə malikdir. İlk atışdan hədəfi yox etmək dəqiqliyi 99 faizdən yuxarıdır. Silah 1200 metrdən hədəfi dəqiqliklə vura bilir. Çəkisi 7.8 kiloqramdır. Tüfəngin qundağı qapalı uzunluğu 1100 mm, açıq şəkildə isə 1300 mmdir.

Snayper tüfəngi üzərindəki pikatini tamasaları vasitəsi ilə müxtəlif optik nişangahlarla komplektləşdirilə bilir. Silah qatlanan və hündürlüyü tənzimlənən qundağa, ön hissədə ayağa sahibdir. Snayper tüfəngi tək-tək doldurma (bolt action) iş prinsipi ilə işləyir.

Qeyd edək ki, "Vaşaq” snayper tüfənginin nümunəsi ilk dəfə ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayişə çıxarılıb. Bu zaman silahın .338 Lapua Magnum və 308 Win (7.62×51) patronlardan atəş açmaq imkanı mövcud idi.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər: Vaşaq   ADEX2018  





Xəbər lenti