Türkiyə ordusunun polkovniki Məmməd Qazax kim olub?

Türkiyə ordusunun polkovniki Məmməd Qazax kim olub?
  26 Sentyabr 2018    Oxunub:2567
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyə Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Qazax haqqında məqalə (https://az.wikipedia.org/wiki/M%C9%99mm%C9%99d_Qazax) yaradılıb.
AzVision.az xəbər verir ki, o,əvvəl Gülməmməd Gülməmmədov adı ilə Azərbaycan Cümhuriyyəti ordusunun 3–cü süvari alayında zabit olaraq xidmət edib. Türkiyəyə mühacirət etdikdən sonra ad və soyadını Məmməd Qazax olaraq dəyişib.

Məqalədə qəhrəmanın həyatı və keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilir. Məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb.

AzVision.az


Teqlər: Məmməd-Qazax   Məqalə   Vikipediya  





Xəbər lenti