Birinci vitse-prezident Pietro Parolin ilə görüşüb - FOTOLAR

Birinci vitse-prezident Pietro Parolin ilə görüşüb - FOTOLAR
  26 Sentyabr 2018    Oxunub:2342
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
Görüşdə Azərbaycanın Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü rolu oynadığı bildirildi, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, multikultural mühit yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edildi.









AzVision.az


Teqlər: Mehriban-Əliyeva   İtaliya   Roma  





Xəbər lenti