Mehriban Əliyevanın şərəfinə rəsmi nahar - FOTOLAR

Mehriban Əliyevanın şərəfinə rəsmi nahar - FOTOLAR
  26 Sentyabr 2018    Oxunub:2678
Sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.
Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.

Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu. Sonra birgə foto çəkdirildi.

Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verildi.






AzVision.az


Teqlər: Mehriban-Əliyeva   İtaliya   Roma  





Xəbər lenti