Bu yolda rənglənmə işləri aparılacaq

Bu yolda rənglənmə işləri aparılacaq
  27 Sentyabr 2018    Oxunub:1120
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.
AzVision.az xəbər verir ki, bu barədə AAYDA və BNA birgə məlumat yayıb.

Qeyd olunub ki, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

AzVision.az


Teqlər: Yol   AAYDA   BNA  





Xəbər lenti