BTQ ilə sərnişin daşınması gələn ilə qaldı

BTQ ilə sərnişin daşınması gələn ilə qaldı
  27 Sentyabr 2018    Oxunub:1685
"Növbəti ildən Bakı-Tbilisi-Qars istiqaməti üzrə sərnişin daşınmasına başlanılacaq"
AzVision.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri bildirib ki, sərnişin qatarının istifadəyə verilməsinin gecikməsi relslərin fərqli olması ilə əlaqədardır.

"Belə ki, Azərbaycan və Türkiyə dəmiryolu reysləri fərqli olduğu üçün ona uyğun vaqonların hazırlanması prosesi gecikir. 30 ədəd vaqon sifariş olunub. İlk partiyada 10 ədəd vaqon göndəriləcək. İkinci mərhələdə daha 10 vaqonun gətirilməsi nəzərdə tutulub. Vaqonlar ən son texnologiya əsasında hazırlanıb".

C.Qurbanov bildrib ki, vaqonların Azərbaycana gətirilməsi 2019-cu ilin birinci rübündə nəzərdə tutulub. "İşlərin gedişatından asılı olaraq vaxt dəyişə bilər. Yeni qatarlarla sərnişinlər Bakıdan Qarsa 10 saata, oradan isə Ankaraya 20 saata çatacaq. Qiymət 3 ölkə arasında əldə olunmuş razılığa əsasən, müəyyən ediləcək".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti