Məmmədyarov Nyu-Yorkda İƏT-in baş katibi ilə görüşüb

Məmmədyarov Nyu-Yorkda İƏT-in baş katibi ilə görüşüb
  27 Sentyabr 2018    Oxunub:1451
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminlə görüşüb.
XİN-dən AzVision.az-a verilən məlumata görə, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Tərəflər arasında İƏT-Azərbaycan əlaqələri və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas qrupu və bu çərçivədə görüləcək tədbirlər, habelə İƏT-in dünyada sülh və təhlükəsizliyin qorunmasında BMT-nin strateji tərəfdaşı kimi rolunun artması məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: XİN   İƏT  





Xəbər lenti