Nazir Kardiologiya İnstitutunun direktorunu işdən çıxardı

  27 Sentyabr 2018    Oxunub : 1297
Nazir Kardiologiya İnstitutunun direktorunu işdən çıxardı
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Adil Baxşəli oğlu Baxşəliyev öz xahişi ilə tutduğu vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Digər əmrə əsasən, Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

AzVision.az

Teqlər: Oqtay-Şirəliyev