Xəzərin statusu üzrə işçi qrupu toplanacaq

Xəzərin statusu üzrə işçi qrupu toplanacaq
  27 Sentyabr 2018    Oxunub:1575
"Xəzərin hüquqi statusunun reallaşdırılması ilə bağlı işçi qrupunun birinci iclasının dəqiq vaxtı məlum deyil. Çox güman ki, ilin sonunadək birinci iclas keçiriləcək"
AzVision.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Xəzərin hüquqi statusu ilə bağlı bəzi məsələlər var ki, onlar konvensiya formatında tənzimlənir. Bəzi məsələlər isə iki ölkə arasında razılaşdırılır.

"Türkmənistanla, İranla danışıqlar xəttimiz var və bu məsələlər gündəlikdədir. Konvensiyanın müddəalarına əsasən bəzi məsələrlə bağlı danışıqlar davam etdiriləcək. Bu, yeni yaradılmış işçi qrupunun iclasında olacaq".

X.Xələfov qeyd edib ki, Türkmənistanla müzakirə olunan əsas məsələ Xəzərin dibinin bolüşdürülməsi ilə bağlıdır: "Türkmənistanla Azərbaycan arasında danışıqlar davam etdirilir. Danışıqlar eyni zamanda, Azərbaycan-İran, İran-Türkmənistan arasında aparılır. Bəzi hallarda görüşlər tez-tez, bəzi hallarda davamlı olur. Bu, tərəflərin hazırlığından və məsələyə yanaşmasından asılıdır".

Aytən Zəhra
AzVision.az


Teqlər: Xələf-Xələfov   Xəzər   XİN  





Xəbər lenti