Putinin Bakı səfəri başa çatıb

Putinin Bakı səfəri başa çatıb
  27 Sentyabr 2018    Oxunub:2336
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına işgüzar səfəri sentyabrın 27-də başa çatıb.
AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.



Rusiya Federasiyasının Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

AzVision.az


Teqlər: Putin   İlham-Əliyev   Azərbaycan  





Xəbər lenti