"Düşmənin beş hərbi qulluqçusu məhv edilib" - Polkovnik

"Düşmənin beş hərbi qulluqçusu məhv edilib" - Polkovnik
  27 Sentyabr 2018    Oxunub:14692
"Son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə nəfər isə ağır yararlanıb"

AzVision.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov qoşunların qarşıdurma xəttindəki son vəziyyəti şərh edərək bildirib.
Polkovnik qeyd edib ki, Ermənistanın hazırkı hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevrilib.

"Həmişəki kimi, qarşı tərəf yalnız Ermənistandan olan üç çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər iki nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək".

Ş.Ramaldanov deyib ki, bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir: "Bu, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcəklər o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar". (AzərTAc)

AzVision.az


Teqlər: Ramaldanov  





Xəbər lenti