Komitə sədrinin sözlərinə görə, İraqdakı azərbaycanlı uşaqların gətirilməsi yüksək səviyyədə təşkil olunub. “Bu məsələyə ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət var. Bundan əvvəl 9 uşaq, daha sonra digər uşaqlar gətirilib. Əsas odur ki, bunlar üçün reabilitasiya təşkil olunub. Uşaqlar orada çətin vəziyyətdə idi. Onların sağlamlığı, psixoloji durumu yaxşı deyildi, bir çox digər problemləri var idi. Biz komitə olaraq paltardan tutmuş lazım olan digər avadanlıqları onlar üçün təşkil etdik. Burada Səhiyyə Nazirliyi, DTX, XİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bizim komitə birlikdə bu işi aparır. Çox vacibdir ki, bütün qurumlar birləşib bu uşaqları reabilitasiya edək. Hələ də orada qalan uşaqlar var. Çalışırıq ki, onlar öz ailələrinə verilsin. Burada da bir çoxunun sənədləri yoxdur. Biz bunları düzəldirik”.
Aytən Zəhra
AzVision.az