Gömrükdə 2 tondan çox narkotik dövriyyədən çıxarılıb

Gömrükdə 2 tondan çox narkotik dövriyyədən çıxarılıb
  28 Sentyabr 2018    Oxunub:2351
2018-ci ilin 7 ayında gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 5369 hüquqpozma faktı aşkar edilib.
AzVision.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin, Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli deyib.

Rəis müavini bildirib ki, 2018-ci ilin 7 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 137 fakt aşkar olunub. Onun sözlərinə görə, bu faktlar üzrə ümumilikdə 1 ton 14 kq 133 qram narkotik vasitələr aşkar edilib.

"2016-2018-ci il ərzində gömrük orqanları tərəfindən 2 ton 100 kq-a yaxın narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb"

F.Ələsgərli qeyd edib ki, aşkar edilən narkotik vasitələrin 90 faizi heroindir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: DGK   Gömrük   Narkotik  





Xəbər lenti