“ASAN könüllü gənclər” İctimai Birliyi yaradıldı

“ASAN könüllü gənclər” İctimai Birliyi yaradıldı
  25 Oktyabr 2013    Oxunub:810
“ASAN könüllü gənclər” İctimai Birliyinin (İB) yaradılması üzrə təşəbbüs qrupunun ilk müzakirəsi keçirilib.
“ASAN Xidmət” Mərkəzindən AzVision.az-a verilən məlumata görə, 24 avqust 2013-cü il tarixində “ASAN xidmət” mərkəzlərində vaxtı ilə çalışmış və hazırda çalışan könüllü gənclərin “ASAN könüllü gənclər” İctimai Birliyinin (İB) yaradılması üzrə təşəbbüs qrupunun ilk müzakirəsi keçirilib.

“ASAN könüllü gənclər” İB-nin yaradılması ideyası bir neçə könüllü gəncin birgə təşəbbüsü olmaqla ərsəyə gəlib.
”ASAN könüllü gənclər” İB-nin yaradılması üzrə təşəbbüs qrupunun bu toplantısının məqsədi qarşılıqlı fikir mübadiləsinin həyata keçirilməsi və təşkilatın fəaliyyəti ilə bağlı perspektiv imkanların müəyyənləşdirilib.

Dövlət Agentliyinin rəhbərliyi öz növbəsində könüllü gənclərin bu cür təşkilatlanma təşəbbüsünü bəyənib və onlara hərtərəfli dəstəyin göstəriləcəyini qeyd edib.

Müzakirələrin sonunda “ASAN könüllü gənclər” İB-nin təsis olunması və daha sonra idarə heyətinin formalaşdırılması üçün seçki qurultayının keçirilməsi və qeydiyyat proseduru üçün zəruri sənədlərin toplanılması qərara alınıb.


Teqlər:  





Xəbər lenti