Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən
AzVision.az-a verilən məlumata görə, Səfər Mehdiyev "Xudafərin" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib, idxal və ixrac əməliyyatlarının həyata keçirilməsində sahibkarlara yaradılan şəraitlə maraqlanıb. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.
Daha sonra komitə sədri gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.
AzVision.az