Məmmədyarov əfqanıstanlı həmkarı ilə görüşüb

Məmmədyarov əfqanıstanlı həmkarı ilə görüşüb
  28 Sentyabr 2018    Oxunub:2230
Sentyabrın 27-də xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Nyu-York şəhərində Əfqanıstan İslam Respublikasının xarici işlər naziri Səlahuddin Rəbbani ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıb, habelə regional enerji və nəqliyyat infrastrukturu layihələrini müzakirə ediblər. Görüş zamanı tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də maraq doğuran digər məsələlər üzrə müzakirələr aparıblar.

AzVision.az


Teqlər: ElmarMəmmədyarov   XİN  





Xəbər lenti